CNN: “Netanyahunun bəyanatı danışıqları pozub”

CNN: “Netanyahunun bəyanatı danışıqları pozub”
  03 Sentyabr 2024    Oxunub:354
İsrailin baş naziri Benyamin Netanyahu “Filadelfiya dəhlizi” barədə bir bəyanatla Qəzzada atəşkəs danışıqlarını pozub.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.

“Bu oğlan cəmi bircə ifadə ilə hər şeyi pozub”, - telekanal mənbənin sözlərini sitat gətirib.

İsrailin baş naziri sentyabrın 2-də keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Filadelfiya dəhlizi”ndə İsrailin hərbi nəzarətinə ehtiyac olduğunu açıqlayıb.

“CNN”-nin istinad etiyi mənbə bildirib ki, Qəzzada israilli girovlarının cəsədləri aşkar edildikdən sonra vasitəçilər fəal şəkildə danışıqların irəliləməsəi üçün məqbul yollar axtarırlar. Bundan əvvəl Fələstin hərəkatı sentyabrın 1-də Rəfahda cəsədləri tapılan girovların görüntülərini nümayiş etdirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Netanyahu   Qəzza   danışıqlar  





Xəbər lenti