Bu barədə yerli "BFMTV" telekanalına Makrona yaxın rəsmi şəxslər
açıqlama veriblər. Onların sözlərinə görə, Fransa lideri hazırda iki şəxsin: O-de-Frans Regional Şurasının sədri, keçmiş əmək, məşğulluq və səhiyyə naziri (2010-2012)
Ksavye Bertran və sabiq Baş nazir (2016-2017)
Bernar Kaznövün "namizədlik ehtimalını nəzərdə keçirir".
Məlumatlı mənbələr vurğulayırlar ki, Emmanuel Makron hələlik "müxtəlif siyasi qüvvələrlə, o cümlədən müxalif Milli Cəbhə Partiyasının üzvləri ilə telefonla yenidən məsləhətləşmələr aparmaq niyyətindədir".
(Ksavye Bertran)
(Bernar Kaznöv)
Firudin Həmidli
AzVision.az