İsrail ordusu Qəzzada tuneli məhv edib

İsrail ordusu Qəzzada tuneli məhv edib
  03 Sentyabr 2024    Oxunub:329
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında uzunluğu bir kilometrdən çox olan radikal tuneli aşkar edərək məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail Qəzzada öz əsgərlərini güllələyib
Bildirilib ki, tunel daxilində xeyli sayda silahlar, elektrik infrastrukturu aşkar edib. Tunel Qəzza zolağının şimalında hərbi əməliyyatların aparılması və terror aktlarının həyata keçirilməsi üçün komanda qərargahı funksiyasını yerinə yetirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Qəzza zolağında ölənlərin sayı təxminən 40,74 min olub. Zərərçəkənlərin ümumi sayı 94 154 nəfərə çatıb.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   Qəzza   İsrail   müharibə  





Xəbər lenti