"Sağlıq Evinizdə" proqramı tezliklə Azərbaycanda, Real TV-də!

      "Sağlıq Evinizdə"    proqramı tezliklə Azərbaycanda, Real TV-də!
  03 Sentyabr 2024    Oxunub:1582
“Liv Hospital Türkiyə”nin təqdim etdiyi və Vasif Akiflinin aparıcılığı ilə baş tutacaq "Sağlıq Evinizdə" proqramı sağlamlığınızla bağlı maraqlandığınız mövzuları evinizə gətirəcək.
Layihə ilə bağlı məlumat verən Vasif Akifli bildirib ki, hazırda Türkiyə tibbi turizm sahəsində ön sıralarda olan dövlətdir. Bu gün Türkiyədə istər yerli əhaliyə, istərsə də xarici qonaqlara sağlamlıq xidmətlərini ən yüksək səviyədə təqdim edən müəssisələrdən biri isə “Liv Hospital”dır.

- Artıq bir aydır İstanbulun “Liv Hospital Ulus və Vadi” xəstəxanalarının Azərbaycan üzrə bölgə rəhbərliyini edirəm. Qürur duyuram ki, həm texnologiya, həm yüksək səviyəli həkim heyəti, həm də səhiyyə sahəsində Türkiyənin ən öndə gələn xəstəxanasında vətəndaşlarımıza xidmət edirəm. Bunlarla bərabər, iki dövlət arasında səhiyyə sahəsində illərdir davam edən əməkdaşlığa yeni bir televizya layihəsi ilə töhfə vermək qərarına gəldim. Ümid edirəm, bu mövsüm izləyicilərə vercəyimiz tibbi və maarifləndirici bilgilər faydalı və xeyirli olacaq,- Vasif Akifli deyib.


O vurğulayıb ki, verilişləri izləyən tamaşaçılar sağlamlıqlarını qorumaq haqqında vacib məlumatlar əldə edəcəklər: "Unutmayın, sağlamlıq xəstəliyi tanımaqdan başlayır!"
AzVision.az


Teqlər: Səhiyyə   Tibb   Media  





Xəbər lenti