Aİ Türkiyəni hələ də "namizəd" sayır

   Aİ Türkiyəni hələ də    "namizəd"    sayır
  03 Sentyabr 2024    Oxunub:923
Avropa Komissiyası bildirib ki, Ankara hansı beynəlxalq bloklara qoşulacağına müstəqil qərar vermək hüququna malikdir, lakin Türkiyə hələ də Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəd olaraq qalır.
AzVision.az xəbər verir ki, Brüsselin bu şərhi Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi inkişaf etməkdə olan aparıcı ölkələrin Türkiyənin BRİKS-ə mümkün üzvlüyü ilə bağlı müzakirələrinə cavab kimi səsləndirilib.

Avropa Komissiyasının nümayəndələri qeyd ediblər ki, Türkiyə suveren dövlət kimi hansı beynəlxalq təşkilat və ya birliklərdə iştirak edəcəyini seçə bilər. Bununla belə, onlar danışıqlar zamanı yaranan müxtəlif çətinliklərə və fikir ayrılıqlarına baxmayaraq, Aİ-yə üzvlük yolunun Ankara üçün açıq qaldığını vurğulayıblar.

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzvlüyü məsələsində Brüsselin və birliyin bəzi aparıcı
ölkələrinin açıq-aşkar apardığı spekulyativ siyasəti onların bu məsələdə qeyri-səmimi olduqlarını sübuta yetirir. Bununla belə, Türkiyənin BRİKS və Şanxay Əməkdaşlığı Təşkilatı (ŞƏT) kimi alternativ inkişaf platformalarına marağı ikiüzlü siyasət aparan Aİ məmurlarını ciddi şəkildə narahat edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   "namizəd"  





Xəbər lenti