Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi yad ediləcək

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi yad ediləcək
  03 Sentyabr 2024    Oxunub:262
Sentyabrın 16-da Ankara Ticarət Palatası Şurasının binasında “Qafqaz İslam Ordusu və Ənvər Paşa” mövzusunda tədbir keçiriləcək.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları arasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Ankara Ticarət Palatası, Türk Dünyası Parlamentarilər Fondu, eləcə də Azərbaycanın Türkiyədəki səfirliyi yer alıb.

Tədbir iştirakçıları Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini yad edəcək, ondan sonra Qafqaz İslam Ordusunun Azərbaycan dövlətçiliyinin bərqərar olunmasına verdiyi töhfə mövzusunda sənədli film nümayiş etdiriləcək.

Mərasimdə tanınmış alimlər və ictimai xadimlərin çıxışları planlaşdırılır.

Tədbir çərçivəsində Azərbaycanda 1918-ci ildə baş vermiş hadisələr mövzusunda sərgi təşkil olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti