Rusiyada bağırsaq infeksiyası yayılıb

Rusiyada bağırsaq infeksiyası yayılıb
  03 Sentyabr 2024    Oxunub:247
Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.

Region prokurorluğundan bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyi bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti