Putin G20 sammitində iştirak etməyəcək?

Putin G20 sammitində iştirak etməyəcək?
  04 Sentyabr 2024    Oxunub:297
"Rusiya prezidenti Vladimir Putin bu il Braziliyada keçiriləcək G20 sammitində iştirakı ilə bağlı hələlik qərar verməyib".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya G20 çərçivəsində fəaliyyətini davam etdirir. Rusiyanın G20 şerpası həmkarları ilə işləyir və ölkənin maraqlarını müdafiə edir. Peskov həmçinin deyib ki, Putin sentyabrın 5-də Vladivostokda Şərq İqtisadi Forumunda çıxış edəcək.

Qeyd edək ki, xarici mediada Rusiya liderinin təhlükəsizlik səbəbindən Braziliyaya uçmayacağı barədə xəbərlər yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti