İraqdan İsrailə PUA atılıb

   İraqdan İsrailə PUA atılıb
  04 Sentyabr 2024    Oxunub:271
İraqda fəaliyyət göstərən iranyönümlü İslam Müqaviməti Hərəkatı gecə saatlarında İsrailin Heyfa şəhərinə doğru pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına əsasən, PUA ölkə ərazisinə girmədən Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Digər tərəfdən, Livanın "Al-Mayadeen" telekanalı bildirir ki, İraq İslam Müqaviməti Hərəkatının hücum cəhdi "İsraillə müharibə aparan Fələstin xalqına dəstək məqsədi daşıyır". Hərəkatın Heyfa şəhərinə doğru əvvəl də bir neçə PUA hücumu həyata keçirdiyi vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İraq   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti