"Aleksanyan işi"nə görə erməni əsgər saxlanılıb

"Aleksanyan işi"nə görə erməni əsgər saxlanılıb
  04 Sentyabr 2024    Oxunub:315
Ermənistanda hərbçi saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilib ki, hərbçi Edqar Aleksanyanın ölümü ilə əlaqədar onun hərbi xidmətdə olan əsgər yoldaşı nəzarətə götürülüb.

Aleksanyanın meyiti sentyabrın 2-də hərbi hissələrdən birində döyüş mövqeyində tapılmışdı. O, çənəsindən güllə yarası alıbmış. Ermənistan İstintaq Komitəsi bəyan edib ki, hərbçi özünü güllələyib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti