Moskva İrəvanı ağıllanmağa çağırıb

   Moskva İrəvanı    ağıllanmağa    çağırıb
  04 Sentyabr 2024    Oxunub:335
Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tam iştirakının bərpasına ümid edir.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktoru Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə belə deyib.

“Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq”, - Rusiya XİN-in rəsmisi bildirib.

Qeyd edək ki, İrəvanı Rusiyanın təsir zonasından Qərbin nüfuzu orbitinə keçirməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan 3 gün əvvəl keçirdiyi mətbuat kofransında ölkəsinin KTMT-də bütün səviyyələrdə iştirakını dondurduğunu açıqlayıb.

- Biri deyə bilər ki, bu bəsdir, biri deyə bilər ki, bu azdır, amma burada kimin hansı qiymətləndirmə səlahiyyətlərinə sahib olduğuna baxmaq lazımdır. Mən bütün fikirlərə hörmət edirəm, amma biz gəldiyimiz qərarı verdik. Hazırda biz fərqli qərar verməyə ehtiyac görmürük, lakin bu o demək deyil ki, növbəti məqamda fərqli qərar verməyə ehtiyac görməyəcəyik”, - Ermənistanın baş naziri bildirib.

Bununla belə, Paşinyan qeyd edib ki, Ermənistanın KTMT-dən çıxacağı günü dəqiq deyə bilməz. Ermənistanın baş nazirinin KTMT-dən çıxmaqla bağlı müəyyən mənada ehtiyatlı bəyanatı İrəvanın istənilən halda Moskvanın sərt reasiyasından qorxduğunu sübut edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti