İranın “Tasnim news” nəşri Zəngəzur dəhlizi ilə bağlı məqalə dərc edib

İranın “Tasnim news” nəşri Zəngəzur dəhlizi ilə bağlı məqalə dərc edib
  04 Sentyabr 2024    Oxunub:279
Başlıq belədir: “Ruslara Zəngəzurla bağlı nəsihət: Bu xəyali dəhliz baş tutmayacaq”.
AzVision.az xəbər verir ki, həmçinin məqalədə qeyd olunur ki, "Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqaza nüfuz etməsinə səbəb olacaq. Ki, bu da İran üçün qəbuledilməzdir".

Bundan əlavə, müəllif Rusiyaya xatırladır ki, İran həmişə Qərbə qarşı mübarizədə Rusiyanın yanında olub. Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində işləyərkən belə bəyanatlar vermək (yəni Zəngəzur dəhlizinin açılmasını dəstəkləmək) ağlasığmazdır.

Məqalədə vurğulanır ki, "Zəngəzur dəhlizinin açılması İranın qonşularının sayının azalması və Avropaya açılan qapılarından birinin bağlanması deməkdir".

AzVision.az



Teqlər:





Xəbər lenti