Kim Çen In 30 məmuru edam edib

Kim Çen In 30 məmuru edam edib
  05 Sentyabr 2024    Oxunub:711
Şimali Koreya hakimiyyəti ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın yüksək vəzifəli məmuru edam edib.
AzVision.az xəbər verir ki, bu, KXDR lideri Kim Çen Inın əmri ilə həyata keçirilib.

O, iyulun sonunda keçirdiyi fövqəladə iclasda vəzifələrinə etinasız yanaşanları sərt şəkildə cəzalandıracağını bildirib. Edam olunan məmurların kimliyi açıqlanmayıb.

Şimali Koreyanın dövlət mediası fəlakətdən sonra xilasetmə işlərinə nəzarət edən dövlət başçısının fotoşəkillərini də yayıb.

Məlumata görə, daşqınlar ən çox Çinlə həmsərhəd olan Caqan əyalətinin şimalında qeydə alınıb. Leysan 4 mindən çox evi zədələyib. Həmçinin Sinuiju şəhərində təxminən 3,3 min hektar ərazini dağıdıb, 5 minə yaxın insan xilas edilib. Baş verən fəlakətli daşqınlarda bir neçə minə qədər insanın həlak olduğu ehtimal edilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: ŞimaliKoreya   KimÇenIn   leysan   təbiifəlakət  





Xəbər lenti