Belarus ordusu sərhədi pozan pilotsuz təyyarələri məhv edib

Belarus ordusu sərhədi pozan pilotsuz təyyarələri məhv edib
  05 Sentyabr 2024    Oxunub:429
Belarus hava hücumundan müdafiə sistemləri sərhədi pozan pilotsuz təyyarələri məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Belarus hərbçiləri sentyabrın 5-i gecə saatlarında dövlət sərhədinin pozulması faktını qeydə alıblar. Bundan sonra hədəflərin məhv edilməsi barədə qərar qəbul edilib.
Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının birinci müavini, polkovnik Sergey Frolov insidentlə bağlı açıqlama verib. O deyib: "Hava Hücumundan Müdafiə Qüvvələrinin vaxtında gördüyü tədbirlər nəticəsində bütün hədəflər məhv edilib".

Xatırladaq ki, cümə axşamı gecə Qomeldə səmada naməlum işıqlı obyektlər müşahidə edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti