Almaniyada İsrail konsulluğu qarşısında atəş açılıb - VİDEO - YENİLƏNİB

   Almaniyada İsrail konsulluğu qarşısında atəş açılıb -    VİDEO - YENİLƏNİB
  05 Sentyabr 2024    Oxunub:528
Almaniyanın Münhen şəhərində, Karolinenplatz meydanında yerləşən İsrailin Baş Konsulluğu qarşısında naməlum şəxs odlu silahdan atəş açıb.
Hadisə barədə məlumat verən Almaniyanın daxili işlər naziri Nensi Fezer hücuma cəhd göstərən şəxsin həyatını itirdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, ölkədə İsraillə əlaqəli obyektlərin mühafizəsi ən yüksək səviyyədədir.

* * *

12:24
Münhen polisinin məlumatına görə, hücuma cəhd göstərən şəxs dərhal zərərsizləşdirib. Hazırda ərazi nəzarətə götürülüb, eyni zamanda, bütün şəhər daxilində polis qüvvələri gücləndirilmiş rejimə keçib.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   İsrail   konsulluq   hücum  





Xəbər lenti