"Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib"

   "Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib"
  05 Sentyabr 2024    Oxunub:398
"Rusiya “İstanbul razılaşmaları” əsasında Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin sentyabrın 5-də IX Şərq İqtisadi Forumunun (EEF-2024) plenar iclasında deyib:

ISW: “Putin yavaş-yavaş Ukraynanı udmaq istəyir”
"Ancaq bəzi qısamüddətli tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki olaraq paraflanan sənədlər əsasında danışıqlardan söhbət gedir".

Putinin sözlərinə görə, 2022-ci ildə Rusiya Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynaya səfərindən əvvəl Kiyevlə mümkün sülh razılaşmasının demək olar ki, bütün parametrlərinə nail olub və bu sazişlər təsdiqlənib.

"ABŞ və bəzi Avropa ölkələrinə görə danışıqlar ləngiyib. Kiyev hakimiyyəti öz xalqını düşünmür. Ukrayna uşaqları orduya cəlb etməklə hərbi xidmətə çağırış yaşını aşağı salmağa davam edəcək".

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   Putin   Rusiya   Ukrayna   müharibə   “İstanbulrazılaşmaları”  





Xəbər lenti