İmtahan başa çatdı

İmtahan başa çatdı
  12 İyul 2014    Oxunub:1249
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçirilib.

İmtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanaraq 14:00-da başa çatıb.

TQDK-dan bildirilib ki, bu gün saat 16:00-da «Space» telekanalında efirə gedəcək "Abituriyent" verilişində komissiyanın TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən I və IV qrupların qəbul imtahanında istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları imtahan başa çatandan dərhal sonra TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti