Daha bir "Hizbullah" komandiri öldürülüb - VİDEO

   Daha bir "Hizbullah" komandiri öldürülüb -    VİDEO
  05 Sentyabr 2024    Oxunub:430
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Kəfra şəhərinə aviazərbəsi nəticəsində bu ölkədə fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının hərbi komandiri Abbas Ənis Əyyub həyatını itirib.
Bu barədə təşkilata yaxın mətbuatın məlumatında bildirilir. Beləliklə, Qəzza müharibəsinə paralel şəkildə "fələstinlilərə dəstək naminə" İsrailə şimaldan mütəmadi zərbələr endirən "Hizbullah"ın itkiləri 433-ə çatıb.

Xatırladaq ki, sentyabrın 3-də Fələstinin HƏMAS terror təşkilatının "Nüxbə" bölməsinin ali hərbi komandiri, ötən il oktyabrın 7-də İsrailə hücumun təşkilatçılarından biri Əhməd Vədiyyə də İsrailin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   HƏMAS   münaqişə  





Xəbər lenti