Avropa Xəbər Agentliyi Azərbaycanın turizm potensialdan yazıb

Avropa Xəbər Agentliyi Azərbaycanın turizm potensialdan yazıb
  05 Sentyabr 2024    Oxunub:298
Niderlandda yaşayan həmyerlimiz, jurnalist, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun sözügedən agentliyin saytında növbəti yazısı yayımlanıb.
Yazının adı “Bakı – keçmişlə bu günün vəhdəti”dir və Azərbaycanın turizm imkanlarından bəhs olunur. Azərbaycan haqqında ümumi, turistlər üçün maraqlı və gərəkli olan məlumatlarla başalayan yazıda daha sonra Bakının tarixindən, qədim abidələrindən, görməli yerlərindən, mətbəxindən, insanların qonaqpərvərliyindən və.s. bəhs edilir. Azərbaycanın bölgələrindən də bəhs edən müəllif daha sonra: - “30 illik işğaldan azad olunmuş Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Zəngilan (Ermənistanın işğalı altında idi) kimi rayonların da gələcəkdə Azərbaycanın turizm mərkəzlərinə çevriləcəyinə inamım böyükdür” – deyə vurğulayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti