ABŞ-dən İsrailə mesaj: "Sizi İrandan “əbədi” qoruya bilməyəcəyik!"

   ABŞ-dən İsrailə mesaj:    "Sizi İrandan “əbədi” qoruya bilməyəcəyik!"
  06 Sentyabr 2024    Oxunub:359
İsrailin Kanal 13 telekanalı maraqlı məlumat yayıb. Qeyd edilib ki, ABŞ İsrail hakimiyyətinə İranla mövzusunda yeni mesajlar ötürüb.
Rəsmi Vaşinqton bəyan edib ki, Amerika təyyarədaşıyan gəmiləri yəhudi dövlətini İrandan qorusa da regionda əbədi qala bilməyəcək.

İran ordusu İsraili yenidən hədələdi: Qisas alacağıq!
Telekanalın efirində o da vurğulanıb ki, ABŞ ordusu bölgədə daimi qala bilmıdiyi üçün regionda gərginliyin səviyyəsi daim azaldılmalıdır.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də İsrail-Fələstin münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar vermişdi. O, bildirmişdi ki, Qəzza zolağında atəşkəs razılaşması artqı tamamlanmaq üzrədir. O, bütün şərtlərin 90%-inin razılaşdırıldığını söyləyib.

Xatırladaq ki, dünən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi İsraili növbəti dəfə hədələmişdi. O deyib: "İsrail ümid edir ki, İran HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin qətlinə cavab verə bilməyəcək. Lakin rəsmi Təl-Əviv yanılır".


Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran   ABŞ  





Xəbər lenti