Prezident “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Görüşdə “Ansaldo Energia” şirkəti ilə, o cümlədən “yaşıl enerji” sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin “AzərEnerji” ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulandı.
Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlandı, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirildi.
AzVision.az
Teqlər: