Zelenski Almaniyadadır

   Zelenski Almaniyadadır
  06 Sentyabr 2024    Oxunub:285
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya yollanıb.
Özünün "X" hesabında verdiyi məlumata görə, o, ölkənin cənub-qərbində, Reynland-Pfalts vilayətində yerləşən ABŞ-yə məxsus "Ramşteyn" Hərbi Hava Qüvvələri bazasına gedib.

Zelenski burada Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun iclası çərçivəsində "Pentaqon" rəhbəri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüş keçirib.

Ukrayna lideri bildirib ki, həmçinin Kansler Olaf Şoltsla da danışıqlar aparacaq, ardınca isə İtaliyaya yola düşərək, Ambrosetti Beynəlxalq İqtisadi Forumuna qoşulacaq, habelə Baş nazir Corca Meloni ilə görüşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Alamniya   prezident   səfər  





Xəbər lenti