"Sülh müqaviləsinə yaxınıq" - Koçaryan

"Sülh müqaviləsinə yaxınıq"    - Koçaryan
  06 Sentyabr 2024    Oxunub:288
“Biz sülh müqaviləsinə yaxınıq və bu yolla getməliyik”.
AzVision.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

O iddia edib ki, İrəvan sülhə tələsir.

“Bu müqaviləni nə qədər tez imzalasaq, bir o qədər yaxşıdır. Təbii ki, indi çoxları deyəcək ki, bu razılaşma heç nəyi həll etmir. Əldə olunacaq razılaşma sülh perspektivini təmin edir”, - deyə o bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Sülh  





Xəbər lenti