"80 mindən çox əsgərimiz döyüş meydanını icazəsiz tərk edib" - Ukraynalı general

"80 mindən çox əsgərimiz döyüş meydanını icazəsiz tərk edib"    - Ukraynalı general
  06 Sentyabr 2024    Oxunub:1704
Ukrayna Silahlı Qüvvələrinin 80 mindən çox əsgəri müharibə zamanı özbaşına hərbi hissə və döyüş bölgəsini tərk edib.
AzVision.az Kp.ru-ya istinadən xəbər verir ki, bu barədə ukraynalı general-leytenant Artur Qorbenko məlumat verib.

Rusiya ABŞ ordusunun polkovnik-leytenantını öldürüb
Belə arzuolunmaz rəqəmləri səsləndirən Qorbenko bildirib ki, bu gün Ukraynada döyüşçülər üçün psixoloji reabilitasiyanın aparılması olduqca vacibdir.

Bundan öncə Ukrayna Silahlı Qüvvələrinin komandirləri çağırışçıların Rusiya ordusunun əsgərlərinə atəş açmaqdan imtina etməsindən şikayət etmişdilər. Komandirlərin sözlərinə görə, çağırışçıların bəziləri postları və döyüş meydanını tərk edirlər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti