Belqrad: “Biz dostlarımıza xəyanət etmirik”

Belqrad: “Biz dostlarımıza    xəyanət    etmirik”
  06 Sentyabr 2024    Oxunub:272
Serbiya ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və heç kim buna təsir edə bilməz. Dost olan iki ölkənin liderləri arasında dava salmağa çalışmağın mənası yoxdur.
AzVision.az bildirir ki, Serbiya hökumətinin sədrinin müavini Aleksandr Vulin belə bəyanat verib.

“Serbiya və Rusiya strateji tərəfdaşdırlar və bunu heç nə dəyişə bilməz. Prezidentlər Aleksandr Vuçiç və Vladimir Putin ilk növbədə dost və bir-birinə çox hörmət edən insanlardır. Onların arasında mübahisə yaratmağa çalışmayın.
Kosovo və Metoxiyada nəsə baş verəndə kimə şikayətlənmək olar? Almaniyaya, Amerikaya? Xeyr, yalnız Rusiya bizi həmişə başa düşür, həmişə bizim tərəfimizdədir, Serbiyaya kömək etmək üçün öz maraqlarını hətta nəzərə almır”,
- yüksək vəzifəli serbiyalı məmur deyib.

Aleksandr Vulin Moskvanın heç vaxt Serbiyanı təhlükə altına qoyacaq addım atmadığını vurğulayaraq, böyük xalqların və onlardan biri olan serblərin öz dostlarını satmadığını vurğulayıb.

- Biz böyük xalqıq və böyük xalqlar dostlarına xəyanət etmir. Rusiya heç vaxt bizə zərər verə biləcək heç bir şey etməyib, Serbiyanın Rusiya ilə bağlı siyasətinə yenidən baxmasına səbəb olacaq heç nə etməyib. Əgər Rusiya bütün bu əsrlər boyu sağ qalmasaydı, həqiqətənmi Serbiya sağ qalacaqdı? Əgər Rusiya hərbi cəhətdən məğlub olsaydı, parçalansaydı, həqiqətənmi Serbiya bu formada sağ qala bilərdi? Doğrudanmı, Serbiya Respublikasının, Serbiyanın mövcud olacağını, Kosovo və Metohiya uğrunda mübarizənin davam edəcəyini düşünürsünüz?”, - Vulin sual edib.

Serbiya hökuməti sədrinin müavini bildirib ki, Moskva ilə strateji tərəfdaş və müttəfiq olaraq qalan Belqradın öz siyasətinə yenidən baxması üçün bir səbəb də yoxdur. Serbiya prezidenti Aleksandr Vuçiç isə Avropada yeganə azad lider kimi anti-Rusiya isteriyasına uymadığını nümayiş etdirdi.

Bu baxımdan, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən və etməyəcək Belqrad, hərbi neytrallıq məsələsində siyasətini dəyişmək, NATO-ya üzv olmaq və Serbiya ərazisinin Rusiyaya qarşı hücumlar üçün istifadəsinə icazə vermək fikrində deyil.

Qeyd edək ki, son günlər Qərb mətbuatında Belqradın Ukraynaya gizli şəkildə hərbi sursat ötürdüyü, haeblə Serbiya rəhbərliyinin Moskvanın kürəyi arxasında separat sövdələşmələr apardığı barədə bəzi xəbərlər dərc edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Serbiya   Rusiya   dostluq  





Xəbər lenti