NBC: Məhkəmə Trampın hökmünü noyabrın 26-na qədər təxirə salınıb
Telekanalın məlumatına görə, hakim Xuan Merçan Respublikaçılar Partiyasından prezidentliyə namizədin vəkillərinin dinləmənin noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra keçirilməsi ilə bağlı vəsatətini təmin edib.
Qeyd edək ki, bu ilin may ayının sonunda Tramp maliyyə saxtakarlığı işində 34 maddənin hər biri üzrə təqsirli bilinib. O, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.
AzVision.az
Teqlər: