ABŞ Rusiyaya və İrana xəbərdarlıq edib

ABŞ Rusiyaya və İrana xəbərdarlıq edib
  07 Sentyabr 2024    Oxunub:334
Ağ Ev administrasiyası İranın Rusiyaya mümkün ballistik raketlər verməsini Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik gərginlik” demək olacağını bildirb.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Şon Savett belə açqılama ilə çıxış edib.

Amerika rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya ilə İran arasında müdafiə tərəfdaşlığının dərinləşməsi barədə xəbərdarlıq edir və “belə məlumatlardan narahatdır”.

Ağ Ev nümayəndəsi bunu Qərb mediasında Tehranın Moskvaya ballistik raketlər ötürməsi ilə bağlı yayımlanan xəbərlər fonunda bildirib.

“İranın Rusiyaya hər hansı ballistik raket təhvil verməsi Tehranın Moskvanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstəyinin dramatik şəkildə artmasını ifadə edəcək”, - Savett deyib.

Digər amerikalı məmur isə “Reuters” agentliyinə bildirib ki, Vaşinqton İran-Rusiya raketlərinin potensial hərəkətlərini diqqətlə izləyir. Belə potensial addımlar ABŞ-nin və onun tərəfdaşlarının, o cümlədən Avropadakı müttəfiqlərinin İranın hərəkətlərinin nəticələri ola biləcəyi barədə xəbərdarlıqdan sonra gündəmə gəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   İran  





Xəbər lenti