Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
  07 Sentyabr 2024    Oxunub:1445
Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
AzVision.az



Teqlər:





Xəbər lenti