Tramp: “Kamala Harris seçilsə İsrail olmayacaq"

      Tramp:    “Kamala Harris seçilsə İsrail olmayacaq"
  07 Sentyabr 2024    Oxunub:1905
Yəhudi respublikaçılara müraciət edən ABŞ-nin keçmiş lideri Donald Tramp indiki vitse-prezident Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi halda İsrailin daha mövcud olmayacağını bildirib.
AzVision.az xəbər verir ki, Respublikaçılar partiyasının Yəhudi koalisiyası qarşısında çıxış edən Tramp seçiciləri noyabrda onu dəstəkləməyə çağıraraq, demokratların qələbəsinin İsrail üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib.

“Əgər onlar qalib gəlsələr, İsrail olmayacaq. Sadəcə, bunu yadda saxlayın. İsraili unuda bilərsiniz, belə olacaq. Buna görə də, noyabrın 5-də onlar çıxıb Trampa səs verməlidirlər. Bunu etməsələr, məncə, vəziyyət çox pis olacaq”, - Tramp xəbərdarlıq edib.

Bununla yanaşı, Kamla Harrisi dəstəkləyən yəhudi seçiciləri də tənqid edən sabiq prezident, onlara başlarını “müayinədən keçirməyi” məsləhət görüb. O, prezident Baydeni dəstəkləyən yəhudi demokratların öz dinlərinə və İsrail haqqında hər şeyə nifrət etdiklərini bildirib. ABŞ-nin ən yüksək vəzifəli yəhudi məmuru olan Senatdakı çoxluğun lideri Çak Şumeri isə Tramp “HƏMAS-ın qürurlu üzvü” adlandırıb.

Qeyd edək ki, ABŞ-nin Respublikaçılar partiyası ənənəvi olaraq İsrail yönümlü mövqeyi ilə seçilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Harris   İsrail  





Xəbər lenti