Bakıda partlayış olub, xəsarət alan var - VİDEO

Bakıda partlayış olub, xəsarət alan var   - VİDEO
  07 Sentyabr 2024    Oxunub:279
Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

"Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti