ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək

ABŞ ordusu hipersəs raketinin növbəti sınağını keçirəcək
  07 Sentyabr 2024    Oxunub:1759
ABŞ ordusu hipersəs silahlarının növbəti sınağını keçirməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Pentaqonun məlumatına görə, uzaqmənzilli hipersəs silahlarının yeni sınağını 2024-cü ilin sonuna qədər keçirmək planlaşdırılır. Söhbət ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raket sistemindən (LRHW) gedir.

“Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir.

Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti