İsrail İordaniya ilə bütün sərhəd keçidlərini bağladı
Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti naməlum şəxsin İordaniyadan yük maşını ilə Allenbi keçid məntəqəsinə gələrək sərhəd-keçid işçilərinə atəş açdığı barədə məlumat yayıb. Məlumata görə hücum nəticəsində üç israilli həlak olub, cinayətkar isə İsrail təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
İsrail hakimiyyəti hadisəni terror aktı adlandırıb.
Baş nazir Benyamin Netanyahu hadisəni şərh edərkən deyib ki, İsrail “İranın şər oxunun rəhbərlik etdiyi qatil ideologiya ilə əhatə olunub ”.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: