Erməni professorlar siyasi təqiblərə görə aksiya keçirirlər - VİDEO

 Erməni professorlar siyasi təqiblərə görə aksiya keçirirlər    - VİDEO
  09 Sentyabr 2024    Oxunub:290
Ermənistanda müəllimlərin etiraz aksiyası keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb.

96 yaşlı erməni aksiyada döyüldü - VİDEO
Qeyd edilib ki, aksiyanı İrəvan Dövlət Universitetinin professor müəllim heyəti təşkil edib. Universitetin mərkəzi binasının qarşısına toplaşan müəllimlər işdən çıxarılmalarına etiraz edirlər.

Professorlar jurnalistlərin suallarını cavablandırarkən siyasi təqiblərlə bağlı diqqət çəkən fikirlər səsləndiriblər: “Müəllimlər son zamanlar öz siyasi ideyalarına, baxışlarına və ictimai fəaliyyətlərinə görə işdən çıxarılıblar. İşdən çıxarmadıqlarını isə gərəkən dərs yükündən məhrum ediblər. Müəllimlərimiz bu anormal vəziyyəti dəyərləndirəcəklər, özlərinin və şagirdlərinin pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparacaqlar. Biz ayrı-seçkiliyin yeni təzahürlərinin qarşısını almalıyıq",- Menua Soqomanyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti