Nuland: “İstanbul razılşaması ABŞ-la məsləhətləşmələrdən sonra pozuldu”

      Nuland:    “İstanbul razılşaması  ABŞ-la məsləhətləşmələrdən sonra pozuldu”
  09 Sentyabr 2024    Oxunub:982
Amerikalılarla məsləhətləşmələrdən sonra Ukrayna Rusiya ilə İstanbul razılaşmalarından çıxdı.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət katibinin keçmiş müavini Viktoriya Nuland ABŞ-nin və ümumuiyyətlə Qərbin bu danışıqlarda iştirak etmədiyini və orada baş verənlərdən xəbərsiz olduğunu deyib. Amma müəyyən mərhələdə Kiyev məsləhət üçün qərbli müttəfiqlərinə müraciət edib.

O, qeyd edib ki, ABŞ-ın fikrincə, razılaşma Ukrayna üçün sərfəli deyildi, çünki Kiyevi hərbi cəhətdən zəiflədirdi.

“Türklər meydança təklif etdilər və biz heç otaqda belə deyildik. Müqavilənin təfərrüatlarından həqiqətən xəbərimiz yox idi. Lakin danışıqların sonunda ukraynalılar hər şeyin hara getdiyi ilə bağlı məsləhətləşmək istədilər”, - Nuland bildirib.

ABŞ Dövlət katibinin keçmiş müavininin iddiasına görə, bu məsləhətləşmələr zamanı ABŞ-yə, ingilislərə və hər kəsə aydın oldu ki, müqavilə Ukraynanın müəyyən silah sistemlərinə malik olmasını qadağan edir ki, böyük ehtimalla, bu da Putinin əsas şərti idi.

“Putin tamamilə axtalanmış, tərk-silah olunmuş Ukraynanı əvəzində su qiymətinə əldə edə bilərdi. Ukrayna əslində hərbi güc kimi zəifləyəcəkdi. Ancaq Rusiya üçün analoji məhdudiyyətlər yox idi. Rusiyadan geri çəkilmək tələb olunmurdu. Ondan Ukrayna ilə sərhəddə bufer zonasının olması tələb edilmirdi. Ona sərhəddə heç bir silah saxlamaq qadağan olunmurdu. Ona görə də, Ukrayna nümayəndə heyətinin daxilində və xaricində bu sövdələşmənin yaxşı olub-olmaması ilə bağlı suallar verilməyə başladı və elə həmin an raızlaşma pozuldu”, - Viktoriya Nuland deyib.


Kiyevdəki Meydan hərəkatında radikal müxalifətə “kökə və yağlı vədlər paylayan” Viktoriya Nuland Ukraynanın tarixinə öz adını qanlı hərflərlə yazmağa müvəffəq olub. Ukraynanı Rusiya ilə sonu görünməyən qırğına sürükləylənlərin siyahısında ön sıralarda yer almış bu “xanım”ın açıqlaması bir daha sübut edir ki, kollektiv Qərbə heç də ukraynalıların təhlükəsiz və firavan yaşayışı yox, sadəcə, Rusiyaya qarşı müahribədə onlardan qurbanlıq kimi istifadə olunması lazımdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Nuland   İstanbul   razılaşmalar  





Xəbər lenti