Rusların məşhur PUA-sını ilk dəfə yüksək hündürlükdə vurdular - VİDEO

 Rusların məşhur PUA-sını ilk dəfə yüksək hündürlükdə vurdular    - VİDEO
  09 Sentyabr 2024    Oxunub:263
Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə tank briqadasının zenitçiləri ilk dəfə olaraq Rusiyanın “Orlan” Pilotsuz Uçan Aparatını yüksək hündürlükdə vurublar.
Briqadanın Facebook səhifəsi əməliyyatı əks etdirən videonu dərc edib.
“Bu həqiqətən də nəfəs kəsici xəbərdir. İlk dəfə olaraq, briqada səma duelində düşmənin "Orlan-10" PUA-sını məhv edərək yerə salıb. Hadisə sentyabrın 7-də Xarkovda baş verib", - UNİAN yazıb.

Ukrayna yarım milyonluq hücum ordusu hazırlayır - "Çarqrad"
Bildirilir ki, tankçılar sərhədçilərlə əməkdaşlıq edərək hədəfin kursunu və hündürlüyünü müəyyən edə biliblər.

Briqada üzvləri xatırladıblar ki, "Orlan-10" son dərəcə təhlükəli pilotsuz təyyarə sayılır. O, 600 kilometr uça, 5 kilometr hündürlüyə qalxa bilir. PUA-nın hərəkət diapazonu isə 120 kilometrdir.

Dron hədəfləri aşkar edir və atəşi tənzimləyir. Bundan başqa, radio rabitəsini kəsmək, mobil rabitəni bloklamaq, GPS siqnalını “sındır"maq qabiliyyətinə də malikdir. Bu PUA hətta aşağı hündürlükdən döyüş sursatı da ata bilir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti