Rusiyada təyyarə qəzası, ölənlər var

Rusiyada təyyarə qəzası,    ölənlər var
  09 Sentyabr 2024    Oxunub:264
"Alex-251" amfibiya təyyarəsi Moskva bölgəsinin Ruz rayonunda qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə "TASS"a ölkənin fövqəladə hallar xidmətlərindən məlumat verilib.

Bundan əvvəl An-2 təyyarəsinin qəzaya uğradığı bildirilirdi. Təyyarənin göyərtəsində pilot və onun köməkçisindən ibarət ekipaj olub və ilkin məlumatlara görə, hər ikisi həyatını itirib.

Təyyarə təlim uçuşu həyata keçirirmiş və “Vatulino” aviaqurumuna məxsus olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Rusiya   təyyarə   qəza  





Xəbər lenti