Ermənistanda korpus komandiri vəzifəsindən çıxarıldı

Ermənistanda korpus komandiri vəzifəsindən çıxarıldı
  10 Sentyabr 2024    Oxunub:826
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan Silahlı Qüvvələrinin 5-ci ordu korpusunun komandiri Sasun Badasyanı tutduğu vəzifədən azad edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Ermənistan mediası Badasyanın vəzifədən çıxarılması təklifinin baş nazir Nikol Pşainyan tərəfindən verildiyini bildirir.

2023-cü il fevralın 17-də Ermənistan Silahlı Qüvvələrinin 5-ci ordu korpusunun komandiri təyin edilmiş Badasyanın işdən çıxarılmasının səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin hərbi rəhbərliyi ilə münasibətləri onun hakimiyyətinin ilk günlərindən qarşılıqlı inamsızlıqla müşayiət olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   ordu  





Xəbər lenti