Moskvaya PUA hücumları olub: Aeroportlar bağlanıb, binalar yanıb - VİDEO

      Moskvaya PUA hücumları olub:    Aeroportlar bağlanıb, binalar yanıb    - VİDEO
  10 Sentyabr 2024    Oxunub:531
Bu gecə Moskvaya Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) tərəfindən kütləvi şəkildə hücumlar olub.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, gecə saatlarında ümumilikdə Rusiya ərazisinə olan hücumlar rekord vurub. Üç hava limanı - Domodedovo, Vnukovo və Jukovski fəaliyyətini dayandırıb.

Şoyqu: "Ukraynalıları Kurskdan çıxarılmayana qədər heç bir danışıq olmayacaq"
"İlk dron saat 2:20-də Lyubertsidə vurulub. Sonra pilotsuz təyyarələr Moskva yaxınlığındakı Jukovskidə vurulub. Yerli əhalinin sözlərinə görə, əvvəlcə ən azı altı partlayış eşidiblər", - UNİAN yazıb.

Hücumlardan sonra Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, binalardan birinin 11-12-ci mərtəbələrinin yandığını yazıb. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb: "Hücum nəticəsində hündürmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib. Binalara edilən hücum nəticəsində üç nəfər yaralanıb. Onların hamısında qəlpə yaraları olub".


Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti