Zelenski cəbhənin iki istiqaməti üzrə hədəfləri açıqlayıb

Zelenski cəbhənin    iki istiqaməti    üzrə hədəfləri açıqlayıb
  10 Sentyabr 2024    Oxunub:568
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətlə bağlı məruzəsini dinləyib.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində Silahlı Qüvvələrin Ali Baş Komandanı general Aleksandr Sırskinin Pokrovsk və Kuraxovsk istiqamətində vəziyyətlə bağlı ətraflı məruzəsini dinlədiyini bildirib.

“Tapşırıqların tam yerinə yetirilməsini təmin edən və həqiqətən də rus hücumlarını dəf edən və mövqelərimizi bərpa edən cəbhədəki bütün bölmələrimizə təşəkkür edirəm. Bu vacibdir. Mümkün qədər çoxlu işğalçı qüvvələri məhv etmək də vacibdir. Pokrovsk istiqaməti, Kuraxovsk – məhz burada Rusiya ordusu daha çox döyüş qabiliyyətini itirməlidir”, - Ukrayna prezidenti vurğulayıb.

Sırski həmçinin Xarkov vilayətinin müdafiəsi və Ukrayna Silahlı Qüvvələrinin Rusiyada - Kursk vilayətində apardığı əməliyyatlar barədə prezidentə məlumat verib.
- Mən bütün əsgərlərimizlə fəxr edirəm ki, onlar öz hərəkətləri ilə Rusiyaya öz torpaqlarının və qonşularının ərazilərinin harada olduğuna dair dəqiq biliklər öyrədirlər”, - Zelenski deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   cəbhə   hədəflər  





Xəbər lenti