İsrailin Xan Yunisə endirdiyi zərbə nəticəsində 40 fələstinli həlak olub

İsrailin Xan Yunisə endirdiyi zərbə nəticəsində 40 fələstinli həlak olub
  10 Sentyabr 2024    Oxunub:507
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 40 fələstinli ölüb, 60 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qəzzada 460 mindən çox uşaq poliomielit əleyhinə peyvənd edilib
Bildirilir ki, partlayış yerində dağıntıların təmizlənməsi davam edir və qurbanların sayı arta bilər.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Xan Yunisdəki humanitar zonanın ortasında yerləşən qərargahda HƏMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərbələr endirməsi ilə bağlı məlumat yaymışdı.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son məlumata əsasən Qəzza zolağında ölənlərin sayı təxminən 40,74 min olub. Zərərçəkənlərin ümumi sayı 94 154 nəfərə çatıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Qəzza   İsrail   müharibə  





Xəbər lenti