Peskov: "Putin BMT-nin Baş Assambleyasına getməyəcək"

   Peskov: "Putin BMT-nin Baş Assambleyasına getməyəcək"
  10 Sentyabr 2024    Oxunub:501
Kreml Rusiya prezidenti Vladimir Putinin BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getməyəcəyini və bunun səbəblərini açıqlayıb.

href=https://azvision.az>AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında ABŞ-nin Vladimir Putinin səfərləri üçün yaxşı istiqamət olmadığını bildirib.

“Putin son illər ora getmir. Həm də, axı, indi Birləşmiş Ştatlar, yeri gəlmişkən, BMT-nin baş qərargahı olan dövlət kimi öz öhdəliklərini ən yaxşı şəkildə yerinə yetirməyən ölkədir. Beləliklə, bu, yəqin ki, hazırda ən yaxşı səyahət istiqaməti deyil”, - Rusiya prezidentinin mətbuat katibi Putinin BMT-nin Baş Assambleyasında niyə yenə də çıxış etmək istəmədiyinin səbəbini göstərib.

Bundan əvvəl Vladimir Putin BMT Baş Assambleyasının sentyabrın 22-23-də keçiriləcək 79-cu sessiyasında Rusiya nümayəndə heyətinin on nəfərdən ibarət tərkibini təsdiqləyib. Nümayəndə heyətinə Rusiyanın Xarici Şşlər naziri Sergey Lavrov başçılıq edəcək.

Qeyd edək ki, Moskva dəfələrlə Amerika vizalarının, ilk növbədə, BMT-yə göndərilən diplomatlara verilməsi ilə bağlı problemləri diqqətə çatdıraraq, bununal bağlı ABŞ-yə qarşı arbitrajın işə salınması zərurətini vurğulayıb.

Sözsüz ki, Rusiya prezidentinin BMT-nin Baş Assambleyada iştirakdan imtina etməsinin əsas səbəbi ilk növbədə onun təhlükəsizliyinin təminatı ilə bağlıdır. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin məhz ABŞ-nin təzyiqi altında Vladimir Putinin həbsi barəfdə qərar çıxardığı heç kimə sir deyil. Bu baxımdan, Vaşinqtonun Rusiya prezidentini BMT-nin yerləşdiyi ABŞ ərazisində həbs etməyə cəhd göstərməyəcəyinə yalnız sadəlöhv insanlar inana bilərlər. BMT və onun baş katibi isə son onilliklərdə Ağ Evin iradəsini yerinə yetirən əlalatılar rolunu oynayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   BMT   imtina  





Xəbər lenti