Ukraynada 10 min fərari var, 7 min nəfərə cinayət işi açılıb - “La Repubblica”

   Ukraynada 10 min fərari var, 7 min nəfərə cinayət işi açılıb  - “La Repubblica”
  10 Sentyabr 2024    Oxunub:471
Ukrayna Silahlı Qüvvələrinin düşdüyü çətin duruma görə getdikcə daha çox əsgər döyüş meydanını tərk edir. Bu fikirlər İtaliyanın “La Repubblica” qəzetində dərc olunan məqalədəndir.
Nəşr Kiyev deputatlarına və hərbi komandanlığa istinad edib. Məlumata görə, təkcə Ukraynada 2024-cü ilin yanvar-aprel aylarında 10 mindən çox səfərbər edilmiş şəxs icazəsiz xidmət yerini tərk edib. 7 min nəfərə qarşı isə cəbhədən və ya hərbi hissədən qaçmağa görə cinayət işi açılıb.

Ukrayna yarım milyonluq hücum ordusu hazırlayır - "Çarqrad"
Müəllif yazıb ki, ordu ilə bağlı hər şey arzuolunmaz istiqamətdə doğru gedir. Tezliklə Kiyevə tabe olan hərbi qüvvələrin sıralarında döyüşə hazır olan heç kim qalmayacaq.

Ordunun bir çox əsgəri ağır şəkildə yüklənir, döyüşçülər verilən tapşırıqların öhdəsindən gələ bilmirlər: “Bəzi piyadaların əhval-ruhiyyəsi o qədər aşağı düşüb ki, fərarilik və döyüş mövqelərindən uzaqlaşmaq nəinki ümumi heyət, hökumət üçün də əsl başağrısına çevrilib”.

Qəzet 2024-cü ilin ilk dörd ayında Ukraynada icazəsiz mövqe və hərbi hissəni tərk etmə və fərariliyə görə ümumilikdə 17 mindən çox cinayət işinin açılmasına diqqət çəkib. Hətta 12 ilə qədər həbs təhlükəsi də fərarilik fikrində olan əsgərləri dayandırmır: “Sizdə F-16 və HIMARS kimi silahlar ola bilər. Lakin “Kalaşnikov” avtomatları olmadan və atıcı silahlarla döyüşməyi bacaran qüvvə olmadan müharibədə qalib gəlmək mümkün deyil".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Əsgər   Fərari  





Xəbər lenti