Pezeşkiyan ilk xarici səfərinə yollanıb

   Pezeşkiyan ilk xarici səfərinə yollanıb
  11 Sentyabr 2024    Oxunub:287
İran Prezidenti Məsud Pezeşkiyan vəzifəyə gələndən bəri ilk xarici dövlət səfəri kimi İraqa gedib.
Onu Bağdad Beynəlxalq Hava Limanında ölkənin Baş naziri Məhəmməd Şia Əs-Sudani qarşılayıb.

Pezeşkiyanın iraqlı həmkarı Əbdüllətif Rəşidlə, habelə Baş nazirlə təkbətək görüşləri, ardınca isə iki ölkənin ali nümayəndə heyətlərinin birgə iclası nəzərdə tutulur.

Yeri gəlmişkən, İran Prezidenti bu vəzifəyə seçiləndən bəri həmsərhəd ölkələrlə mövcud əlaqələri daha da genişləndirəcəyini diqqətə çatdırıb. Bu gün İraqa yola düşməzdən qabaq yerli jurnalistlərə açıqlamasında da "səfərin qarşılıqlı əlaqələrin inkişafı məqsədi daşıdığını vurğulayıb.

Məsud Pezeşkiyanın paytaxt Bağdaddan savayı Bəsrə, Ərbil və Süleymaniyyə şəhərlərinə də səfərləri planlaşdırılır.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: İran   prezident   səfər   İraq  





Xəbər lenti