BVF Ukraynaya 1,1 milyard dollar ayıracaq

BVF Ukraynaya 1,1 milyard dollar ayıracaq
  11 Sentyabr 2024    Oxunub:287
Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Ukrayna hakimiyyəti 1,1 milyard dollar məbləğində tranşın ayrılması barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə BVF-nin bəyanatında deyilir.

Bildirilib ki, təşkilatın vəsait ayırmaq qərarına Ukrayna hakimiyyəti kömək edib və ölkə iqtisadiyyatını iyun ayı üçün proqramın müəyyən etdiyi bütün kəmiyyət göstəricilərinə uyğunlaşdırıb.

Həmçinin, BVF-nin qərarının səbəbi Ukraynanın makroiqtisadi sabitliyini qorumaq üçün nəzərdə tutulmuş siyasətə düzəlişlər və islahatlara dair razılaşmaların əldə edilməsi olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ukrayna   BVF   yardım  





Xəbər lenti