"Trampla Harrisin debatı şou idi" - Zaxarova

   "Trampla Harrisin debatı şou idi"    - Zaxarova
  11 Sentyabr 2024    Oxunub:269
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ prezidentliyinə namizəd olan Donald Tramp ilə Kamala Harris arasında keçirilən seçkiqabağı debata reaksiya verib.
O, bu siyasi debatı şou kimi qiymətləndirib.

Harris Trampa səsləndi: "Putin səni yeyəcək!"
"Sizə tam səmimi və açıq şəkildə cavab verirəm. Niyə bu debatın əsas xəbərə çevrildiyini anlaya bilmirəm. Baş xəbər nədir? Sözünə cavabdeh olmayan insanların ifasında bir daha şounu görürük", - o, "Sputnik" radiosunda çıxışı zamanı deyib.

Diplomat həmçinin qeyd edib ki, iki insanın bütün dünyanı necə və nəyə görə cəzalandıracaqlarını müzakirə etdiyini eşitmək onun üçün sadəcə dəhşətdir: “Siz hələ ən azı 20-ci əsrin ikinci yarısında, bir neçə onillik ərzində törətdiyiniz günahlarınıza görə cavab verin. Heç olmasa Əfqanıstan, İraq məsələlərinə görə bir-birinizi anlayın".

Xatırladaq ki, Trampla Harris arasında debat keçirilib. Kamala Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirə zamanı Rusiya prezidenti Vladimir Putinin Ağ Evin keçmiş rəhbərini lançda “yeyə” biləcəyini deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti