ABŞ və Britaniyanın ali diplomatları Kiyevə gediblər

   ABŞ və Britaniyanın ali diplomatları Kiyevə gediblər
  11 Sentyabr 2024    Oxunub:262
ABŞ Dövlət katibi Antoni Blinken və Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynanın paytaxtı Kiyevə yollanıblar.
Səfərdən qabaq onlar Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Antoni Blinken özünün "X" hesabında yazıb ki, İranın Rusiyaya ballistik raketlər ötürməsi "həm Avropanın, həm də dünyanın təhlükəsizliyinə təhdiddir".

Rəsmi Kiyevin öz müttəfiqlərini hərbi yardımı artırmağa və "Rusiyanın mərkəzi ərazilərini uzaqmənzilli silahlarla hədəfə almaq" üçün icazə verməyə çağırması fonunda Qərbin ali diplomatları bu və digər məsələlər ətrafında danışıqlar aparacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Britaniya   Ukrayna   müharibə   danışıqlar  





Xəbər lenti