Macarıstan və Ermənistan səfirliklərin bərpası barədə razılığa gəliblər

   Macarıstan və Ermənistan səfirliklərin bərpası barədə razılığa gəliblər
  11 Sentyabr 2024    Oxunub:860
Ermənistan ilə Macarıstan yaxın vaxtlarda İrəvan və Budapeştdə səfirliklərin bərpa edilməsi barədə razılığa gəliblər.
“İrəvan dialoqu” forumu çərçivəsində Ermənistana gələn Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ararat Mirzoyanla görüşüb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən iqtisadi və ticarət əlaqələri müzakirə edilib. Nazirlər həmçinin yaxın vaxtlarda iki ölkənin paytaxtında səfirliklərin açılması barədə razılıq əldə ediblər.

Xatırladaq ki, İrəvan və Budapeşt arasında diplomatik münasibətlər 2012-ci ilin avqustunda dondurulub. Tərəflər 10 illik fasilədən sonra 2022-ci ilin dekabrında diplomatik əlaqələri bərpa ediblər. Xarici işlər nazirləri bu ilin mayında Budapeştdə qarşılıqlı şəkildə səfirliklərin açmaq niyyətlərini bəyan etmişdilər.
Tural Tağıyev
AzVision.az



Teqlər: Macarıstan   Ermənistan  





Xəbər lenti