Moskva: “Putinin adını hallandırmayın”

   Moskva:    “Putinin adını hallandırmayın”
  11 Sentyabr 2024    Oxunub:248
Kreml ABŞ prezidentliyinə namizədlər arasında gedən teledebatda Rusiya prezidenti Vladimir Putinin adının bir neçə dəfə hallanmasına diqqət çəkib.
AzVision.az xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın amerikalı siyasətçilərin Rusiya prezidentini “rahat buraxacaqlarına” ümid etdiyini bildirib.

“Putin soyadından, belə desək, ABŞ-nin daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur, biz bunu həqiqətən də bəyənmirik və hələ də ümid edirik ki, onlar bizim prezidentimizin adını rahat qoyacaqlar”, - Donald Trampla Kamala Harris arasında keçirilmiş teledebatlarda Rusiya prezidentinin adının hallandırılması barədə jurnalistlərə açqıalma verən Dmitri Peskov deyib.

O, debatların Moskva vaxtı ilə gecə baş verdiyi üçün Kremlin onu izləyə bilmədiyini, ancaq səhər debatlar zamanı müxtəlif bəyanatların yer aldığı xəbərləri gördüklərini bildirib. Sözsüz ki, Kremldə hər iki namizədin Rusiya prezidentinin və Rusiyanın adını çəkdiyinə diqqət yetiriblər.

- Mövqe kifayət qədər aydındır. Namizədlərin hansı partiyadan olmasına baxmayaraq Birləşmiş Ştatlar bütövlükdə ölkəmizə qarşı mənfi və qeyri-dost münasibətini saxlayır. Debatları qiymətləndirmək isə Amerika seçicilərinin ixtiyarındadır”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Halperin: “Tramp teledebatda Harrisə uduzdu”
Qeyd edək ki, bu gecə Pensilvaniya ştatının Filadelfiya şəhərində ABŞ prezidentliyinə namizədlər - demokrat Kamala Harris və respublikaçı Donald Tramp arasında “ABC News” telekanalının təşkil etdiyi debat keçirilib.
Müzakirələr zamanı digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsi də müzakirə olunub. Tramp bir daha söz verib ki, qalib gələrsə, orada hərbi əməliyyatlara son qoyacaq.

“Baydenin onunla (Vladimir Putin) necə danışacağı barədə heç bir fikri yox idi”, - keçmiş prezident deyib.

Kamala Harris, öz növbəsində, rəqibinin yalnız “mövqelərdən geri çəkiləcəyi” təqdirdə münaqişəni bitirəcəyini iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Peskov   debatlar   Putin  





Xəbər lenti