Rusiyada məktəblilər "Mİ-8" helikopterini yandırıblar

Rusiyada məktəblilər "Mİ-8" helikopterini yandırıblar
  11 Sentyabr 2024    Oxunub:256
Rusiyada 13 və 14 yaşlı iki məktəbli hava limanı ərazisinə soxularaq "Mİ-8" helikopterini yandırıb.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Bildirilir ki, helikopter, demək olar ki, tamamilə yanıb.

Yanğın zamanı məktəblilərin özləri də xəsarət alıblar. Belə ki, dostlar helikopteri yanacaq maddəsi ilə suvarıblar, sonra yanında siqaret çəkməyə qərar veriblər. Onlardan biri ehtiyatsızlıqdan közərən siqareti atıb və bu, güclü partlayışa səbəb olub.

Onlar yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Dindirmə zamanı məktəblilər etiraf ediblər ki, naməlum şəxslərin göstərişi ilə hərəkət ediblər və bunun müqabilində onlara 5 milyon rubl (təxminən 93 min manat) vəd edilib.

Onlar bir neçə gün əvvəl eyni sxem üzrə mobil rabitə qülləsini yandırdıqlarını və bunun müqabilində 30 min rubl (560 manat) aldıqlarını da bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti