Rusiya və Türkiyə diplomatları Ermənistanla münasibətlərin normallaşmasını müzakirə ediblər

Rusiya və Türkiyə diplomatları Ermənistanla münasibətlərin normallaşmasını müzakirə ediblər
  11 Sentyabr 2024    Oxunub:723
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi S. Kılıçı qəbul edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin yanaşmalarının, o cümlədən “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti